Türkiyənin XİN rəhbəri “Qarabağ” komandasını təbrik etdi

Türkiyənin XİN rəhbəri “Qarabağ” komandasını təbrik etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın "Qarabağ" futbol klubunu Çempionlar Liqasına çıxması münasibətilə təbrik edib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb: "Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" futbol komandasını təbrik edirik".

Qeyd edək ki, "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə