Kəmaləddin Heydərov vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabad şəhərində Saatlı, İmişli, Hacıqabul və Sabirabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

SİA-nın verdiyi məlumata görə, qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və Fövqəladə Hallar Nazirliyinin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə