Neft Fondunun İcraçı Direktoru Asiya İnkişaf Bankının nümayəndələrini qəbul edib

Neft Fondunun İcraçı Direktoru Asiya İnkişaf Bankının nümayəndələrini qəbul edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov sentyabrın 24-də Asiya İnkişaf Bankında (AİB) Azərbaycanın daxil olduğu qrupun Direktorlar Şurasının üzvlərini qəbul edib.

SİA-nın məlumatına görə, Ş.Mövsümov Azərbaycanın neft tarixi, Milli Neft Strategiyası, hasilatın pay bölgüsü sazişləri, Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib.

Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün önəmi vurğulanıb.

Görüşün sonunda Ş.Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə