Bu gün Lənkəran rayonunda əmək yarmarkası keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Dövlət Univeristetinin binasında təşkil olunan əmək yarmarkasında 42 idarə, müəssisə və təşkilat tərəfindən işaxtaranlara 470 boş iş yeri təklif edilib. Təklif edilən iş yerlərinin 83-ü qulluqçu, 37-si fəhlə, 11-i xidmət sahəsinə aid olub. 42-müəssisədən 22-si dövlət,15-i qeyri-dövlət , 3-ü fiziki şəxs və 2-si xarici şirkətdir.
Əmək yarmarkasında qarşılıqlı razılaşmaya əsasən 120- nəfərə yaxın vətəndaşa işə qəbul üçün göndəriş verilib. Ümumilikdə 2010-cu ilin 8 ayı ərzində Lənkəran Məşgulluq Mərkəzinə 325 nəfər işaxtaran müraciət edib. Qeydiyyata alınmış 296 nəfər vətəndaşın 104 nəfərini qadınlar təşkil edib. Bu dövr ərzində 204 nəfər işlə təmin edilib ki , onun da 75 nəfəri qadınlar olub. 2010-cu ilin 8-ayı ərzində 30-nəfərdən ibarət 2 peşə kursu təşkil edilib. Bu kurslarda tədrisi müvəffəqiyyətlə başa vuranlar müvafiq işlə təmin olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB