Dünya Azərbaycanlılar İctimai Mərkəzi 2010-cu ilin altı ayının nəticələrinə görə "Qızıl Buta" mükafatının təqdimat mərasimini keçirib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, rəsmi şəxslər və media nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Mərkəzin sədri Zaur Mirzəzadə bildirib ki, mükafatın qalibləri Azərbaycanın bütün regionlarında 16700 nəfər vətəndaş və 760 nəfər xaricdə təhsil alan tələbə arasında aparılan sorğular nəticəsində müəyyənləşib.
Daha sonra mükafatların təqdimetmə mərasimi başlayıb. İlk növbədə Prezident İlham Əliyev Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi xidmətlərə görə "Qızıl Buta" mükafatına layiq görülüb.
"Qızıl Buta" mükafatına həmçinin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, millət vəkilləri Qənirə Paşayeva, Gülər Əhmədova, Hüseynbala Mirələmov, Vahid Əhmədov, Adil Əliyev, Şəmsəddin Hacıyev, Milli QHT forumunun sədri Rauf Zeyni, bir sıra teleaparıcılar və rayon icra başçıları layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB