Politoloq: “Ölkəmizin Metyu Brayza ilə işləməsi daha rahat və səmərəli ola bilər” - RƏY
"Ölkəmizin ABŞ Senatının xarici əlaqələr komitəsi ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, Birləşmiş Ştatlar dövlət katibinin Avropa və Avrasiya üzrə müavinin sabiq köməkçisi Metyu Brayza ilə işləməsi daha rahat və səmərəli ola bilər". Bu sözləri politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında deyib. O bildirib ki, onun ölkəmizə səfir təyin edilməsi özü-özlüyündə müsbət bir addımdır: "Amma bütün dərdlərimizin bununla sağalacağına ümid etməməliyik. Birincisi, hər bir diplomat öz dövtlətinin siyasi xəttinə xidmət edir. Sadəcə olaraq onun müsbət tərəfləri ondan ibarətdir ki, o regionu çox yaxşı tanıyır.
İkincisi, Brayzanın uzun müddət ATƏT-in Minsk qrupunda təmsil olunması onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tərəflərin mövqeləri haqqında obyektiv informasiyalara malik olmasına şərait yaradıb. Məhz bu səbəbdən də o başqa səfirlərdən fərqlənir. M.Brayza sabah deyə bilməz ki, mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hər hansı bir tərəfi ilə tanış və ya bunun hansısa tərəfi haqqında məlumatlı deyiləm. Ona görə də onun regionun bütün problemi, xüsusəndə Dağlıq Qarabağ münaqişəsini yaxından tanıyan bir adam olması və ölkəmizin məhz onun kimi bir insanla işlməsi daha rahat və səmərəli ola bilər".
Onun ölkəmizə səfir təyin olunmasına mane olan tərəflərə də toxunan politoloq bildirib ki, buna səbəb M.Brayzanın ermənilərin hər hansı bir probleminə oyal yanaşmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB