Ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq kütləvi informasiya vasitələrinin adı açıqlanıb
İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan", "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzetlərində 7 noyabr 2010-cu il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alnmış siyasi partiyalara və ya siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaqdır. SİA-ya bu haqda məlumat Mərkəzi Seçki Komissiyasından daxil olub.
Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB