Mixeil Saakaşvili: “Rusiya başa düşməlidir ki, digər ölkələr onların vassalı deyil” - MÖVQE
"Abxaziya və Cənubi Osetiya problemləri dinc yolla öz həllini tapmalıdır". SİA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan prezidenti Mixeil Saakaşvili BMT Baş Assambleyasındakı çıxışında deyib. Onun sözlərinə görə, Qafqazda sülhə yalnız dinc yolla nail olmaq mümkündür: "Yeganə məqsədimiz sülhə nail olmaqdır. Mən dünya ictimaiyyətini Gürcüstanda sülhün təmin olunmasına yardım etməyə çağırıram. Çünki tarix dəfələrlə göstərib ki, dondurulmuş münaqişə istənilən an qızışa bilər. Hələ də 500 min qaçqının hüquqları pozulur. Abxaz və osetin əhalisinə bildirmək istəyirəm ki, biz sizin hüquqlarınızı və tarixinizi qoruyacağıq. Siz bizim ümumi gələcəyimizin bir hissəsisiniz. Rusiya imperiyası qarşısında boyun əyməzdən əvvəl düşünün. Bizim çoxmillətli cəmiyyətimizə daxil olmaq yaxşı deyilmi?".
M.Saakaşvili çıxışında Rusiya rəhbərliyinə müraciət edərək bildirib ki, rəsmi Tiflis Rusiya ilə mehriban qonşuluq prinsipi əsasında yaşamaq niyyətindədir: "Başa düşmək lazımdır ki, digər ölkələr sizin vassalınız deyillər. Biz Rusiyanın simasında yaxşı qonşuya malik olmaq istəyirik. Rusları həmişə turistlər, müttəfiqlər və dostlar kimi xoş qarşılayacağıq. Amma işğalçı kiim yox".
M.Saakaşvili deyib ki, Gürcüstanda aparılan islahatlar onun prezidentlik müddətindən əvvəl başa çatacaq: "Gürcüstan dünyanın ən çox korrupsiyaya uğrayan ölkəsi idi. İndi o, biznes qurulmasının asanlığına görə dünyanın ilk 11 ölkəsindən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB