Mərakeş parlamentinin Nümayəndələr Palatasının sədri Abdel Vahid Radinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. SİA-nın verdiyi xəbərə görə, ötən gün ölkəmizə səfər edən nümayəndə heyəti bu gün Fəxri xiyabanda olub. Mərakeş rəsmiləri ilk növbədə ümummilli lider Heydər Əliyevin məzarını ziyatər edib, məzarın önünə gül dəstələri qoyublar.
Daha sonra qonaqlar Şəhidlər Xiyabanın da olublar. Onlar Azərbaycanın müsətqilliyi uğrundə şəhid olanların məzarını ziyarət ediblər.
Qeyd edək ki, sentyabrın 23-dən 28-dək davam edəcək səfər çərçivəsində A.V. Radinin Milli Məclisin spikeri Oqtay Əsədov da daxil olmaqla bir sıra rəsmi şəxslərlə görüşü planlaşdırılır. Mərakeş nümayəndə heyəti Qubada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım qurbanlarının kütləvi məzarlığını da ziyarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB