Elmar Məmmədyarov Nyu-Yorkda bır sıra görüşlər keçirib

Elmar Məmmədyarov Nyu-Yorkda bır sıra görüşlər keçirib

Azərbaycan xairci işlər naziri Elmar Məmmədyarov Xorvatiya Respublikasının xarici işlər və Avropaya inteqrasiya naziri Qordan Yandrokoviç ilə görüş keçirib. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ikitərəfli əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilib. Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar E.Məmmədyarov danışıqlar prosesinin cari vəziyyəti barədə həmkarına məlumat verib.

 

Eyni tarixdə nazir E.Məmmədyarov Nyu-Yorkda Qrenadanın xarici işlər naziri Peter David ilə görüşüb. Nazirlər "Azərbaycan Respublikası və Qrenada arasında Diplomatik Əlaqələrin qurulması haqqında birgə kommünike" imzalayıblar. Nazir Məmmədyarov həmkarına Azərbaycanın iqtisadi durumu və inkişafı, ölkənin apardığı enerji siyasəti haqqında geniş məlumat verib. Görüşdə iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə