Üzlüfət Qasımova: “Hər bir gənc jurnalist öz işinin prodüseri olmağı bacarmalıdır”

Üzlüfət Qasımova: “Hər bir gənc jurnalist öz işinin prodüseri olmağı bacarmalıdır”
"İrəli" İctimai Birliyinin həyata keçdiyi Media Akademiyası layihəsi öz işini davam etdirir. Birliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, akademiyanın bu dəfəki qonağı "MZ Production"ın baş direktoru Üzlüfət Qasımova olub.

Tələbələrlə görüşən qonaq bildirib ki, televiziyada bir çox verilişlərin hazırlanmasında, layihələrin reallaşmasında gənclərin rolunu müsbət qiymətləndirib. O hazırda efirə yenilik gətirən şəxslərin əsasən gənclər olduğundan söz açıb: "Televiziyada ən kiçik sujet belə bir insanın deyil, kollektiv əməyin sayəsində ərsəyə gəlir. Lakin hər bir gənc jurnalist öz işinin prodüseri olmağı bacarmalıdır. Çünki görülən işlərdə cavadehlik müəllifin üzərinə düşür."

Daha sonra layihələrin hazırlanmasının böyük zəhmət tələb etdiyini qeyd edən Ü.Qasımova bəzi layihələrin üzərində aylarla işləməyi gənclərə məsləhət görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə