"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük önəm verir". SİA-nın verdiyi xəbərə görə, bunu Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə dövlət başçısı Abdullah Gül Ermənistan-Azərbaycan münaqişəsinə toxunarkən deyib.
Onun sözlərinə görə, rəsmi Ankaranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: "Bizin mövqeyimiz dəyişməyəcək. Münaqişə ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Son dövrlərin faktları hamımıza çox yaxşı məlumdur. Münaqişələrin uzadılması yeni qarşıdurmaların yaranmasına gətirib çıxardı. Məhz buna görə də Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına böyük əhəmiyyət verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB