Bu gün Beynəlxalq Lal-karlar Günüdür

Bu gün Beynəlxalq Lal-karlar Günüdür
Bu gün Beynəlxalq Lal-karlar Günüdür. SİA-nın verdiyi xəvərə görə, bu gün 1951-ci ildə Beynəlxalq Lal-karlar Federasiyasının yaranması şərəfinə təsis olunub. Statistikaya əsasən hər doqquz nəfərdən biri eşitmə qabiliyyətindən məhrumdur. Onlar bu qabiliyyəti travma, xəstəlik və ya anadangəlmə itirirlər.

Qeyd edək ki, yer kürəsində 2500 dil var, lakin bundan əlavə alimləri maraqlandıran bir dil–jestlər dili də mövcuddur. Karlar Federasiyası 50-ci illərdə karların beynəlxalq tədbirlərinə xidmət etmək üçün jestlər sistemini yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə