Ermənilər Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 23-də saat 09.35-dən 09.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 24-də saat 00.00-dan 00.25-dək isə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşman cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB