İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə SİA-ya İspaniyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə