Dünən müxalifətin radikal qanadı kimi tanınan AXCP, “Milli Şura” və NİDA-nın Ədliyyə Nazirliyinin qarşısında birgə planlaşdırdıqları icazəsiz aksiyası baş tutmayıb. SİA-nın müxalifət düşərgəsindəki mənbədən əldə etdiyi məlumata görə, saat 17:00-a təyin olunan aksiyanın - “flash-mob”un keçirilməsi taktikası belə olub: AXCP sədri Əli Kərimlinin cangüdənlərinin birbaşa rəhbərlik etdiyi həmin qrup Hüseyn Cavid bağındakı çayxanalarda sakitcə oturmalı, əmr gəldiyi andaca ayağa qalxıb planlaşdırdıqları kimi Ədliyyə Nazirliyinin qarşısında öz yerlərini tutmalı, “Siyasi məhbuslara azadlıq” sözləri yazılmış plakatlar qaldırmalı və digər şüarlar səsləndirməli imişlər.
Amma hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində radikal siyasi qurumların Almaniyadan aldıqları göstərişlə planlaşdırdıqları qanunsuz aksiyanın qarşısı alınıb. Əldə etdiyimiz məlumata görə, aksiyanın baş tutmaması AXCP-nin Almaniyadakı kuratoru ilə Əli Kərimli arasında narazılığa səbəb olub.
Aksiyada iştirak edənlər isə “flash-mob”un başarısız olmasının günahını, maraqlı da olsa, Müsavat başqanı Arif Hacılıda görüblər. Yəni Almaniyada olan Arifin “barmağı” aksiyanın əngəllənməsi üçün yetərli olub. Bir sözlə, ehtimal olunur ki, informasiya Müsavatdan sızıb.
Mənbəmiz bizə maraqlı bir xəbər də çatdırıb. Əli Kərimlinin tərəfdarları qanunsuz aksiyanın - “flash-mob”un fiaskoya uğramasından sonra başqa bir yerə toplaşıb şəkil çəkdiriblər ki, bu işin təşkilində maraqlı olan Almaniyadakı siyasi dairələrə göndərsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB