Lənkəranda növbəti torpaq hərracı baş tutub. Lənkəran Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Natiq Quliyevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, bu dəfəki hərrac zamanı Boladi kənd bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi ilə həcmi 50 və 40 kvadratmetr olmaqla iki torpaq sahəsi müsabiqəyə çıxarılıb. Torpaq sahələrinin hər kvadratmetrinin ilkin qiyməti 75 manat müəyyən edilsə də, sonda hərrac obyektinin hər kvadratmetri 100 manata satılıb. Natiq Quliyev onu da bildirib ki, 4 nəfərin iştirak etdiyi müsabiqədə 50 kvadratmetrlik sahəyə Sahibə Əhməd qızı Tahirova, 40 kvadratmetrlik torpağa isə Naib İsmayıl oğlu Səfərov sahib olublar.
Qeyd edək ki,cari ildə Lənkəran rayonu üzrə 4 torpaq hərracı baş tutub.Bu hərraclar zamanı ümumilikdə 765 kvadratmetr torpaq sahəsi müsabiqə yolu ilə satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB