“Kaspi” Təhsil Mərkəzi MBA proqramları üzrə mütəxəsisləri ilə birlikdə tədbir keçirəcək
Oktyabrın 7-də "Park İnn" otelinin Dan Ulduzu zalında "Study in Amerika" və "Kaspi" Təhsil Mərkəzi ABŞ-ın nüfuzlu universitetlərinin MBA proqramları üzrə mütəxəsisləri ilə birlikdə tədbir keçirəcək. SİA-ya bu barədə açıqlamanı "Kaspi" Təhsil Mərkəzinin direktoru Elnur Əliyev verib.
E.Əliyev qeyd edib ki, bu tədbir xüsusən gənc mütəxəssislərin, biznesin idarə edilməsi sahəsindəki təhsillərinin təkmilləşdirilməsi baxımından çox önəmlidir.
Qeyd edək ki, tədbirdə iştirak etmək istəyənlərin (050) 480-00-59 saylı mobil telefona zəng edərək qeydiyyatdan keçmələri vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB