İlham Əliyev Qabon Respublikasının Prezidentini təbrik edib

İlham Əliyev Qabon Respublikasının Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya məktub göndərib. Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə