Həmsədr münaqişənin mahiyyətini niyə dəyişməyə çalışır?

Həmsədr münaqişənin mahiyyətini niyə dəyişməyə çalışır?

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin BMT Baş Assambleyası çərçivəsində görüşə biləçəkləri ilə bağlı açıqlama verib. Diplomat qeyd edib ki, hazırda həmsədrlər görüşün baş tutuması üçün iş aparır və böyük ölçüdə Məmmədyarovla Nalbadyan Nyu Yorkda bir araya gələcək.

Ümmiyyətlə, son iki həftə ərzində Hoqlandın münaqişənin həlli istiqamətində canfəşanlığı xüsusi müşahidə olunmaqdadır. Yeri gəlmişkən diplomat Ermənistan mətbuatına da nazirlərin mümkün görüşü ilə bağlı fikirlərini bölüşüb. Hoqland düşmən ökənin jurnalistlərinin suallarını bir qədər geniş və erməni sayaq cavablandırıb. Məsəl üçün diplomat deyib ki, indiki vəziyyətdə tərəflər arasında etimadın bərpa edilməsi başlıca prinsipdir. Bunun üçün ön xəttdən snayperlərin yığışdırılması, atəşkəsə əməl edilməsi etimadın qarantı ola bilər. Amma amerikalı həmsədr nədənsə münaqişənin uzanmasının əsl səbəblərinə toxunmayıb. İşğal faktının tanındığı, işğalçının bəlli olduğu bir vaxtda diplomatdan daha obyektiv yanaşma gözlənilirdi. Daha dəqiq desək Hoqland sözügedən etimadın yaranması üçün Azərbaycan torpaqlarının bir hissəsinin azad olunmasının vacibliyinə toxunmalıdır.

Təssüf ki, digər həmsədrlər kimi amerikalı diplomat da ikili yanaşma siyasəti nümayiş etdirərək erməniləri qıcıqlanmdırmaq istəmir. Bu Hoqlandın Bakıdakı səfərlərində də müşahidə olunur. Yəni həmsədr hansı ölkədədirsə o dövlətin maraqlarına uyğun danışmağı sevir. Snayperlərin təmas nöqtəsindən uzaqlaşdırılması və ya cəhbədə atəşkəsə əməl edilməsi kimi sərsəm açıqlamalar əslində münaqişənin mahiyyətini dəyişməkdən başqa bir şey deyil. Daha fundamental məsələlərin masaya yatırılması lazımdır ki, görünür Minsk Qrupnun buna gücü çatmır. Məmmədyarovla Nalbadyanın mümkün görüşünə gəlincə. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, müzakirələr status-kvonun dəyişməsinə bir başa təsir etməlidir. Hoqlandın vurğuladığı böyük etimada aparan şərtlər bəllidir. Beynalxalq səviyyədə tanınan Azərbaycan ərazilərinin bir hissəsi işğaldan azad olunmalıdır. Məhz bundan sonra sülh prossesinin effektindən danışmaq olar. İndiki vəziyyətdə işğalçı Bakıya absurd şərt irəli sürməklə Dağlıq Qarabağın statsunun tanınmasını istəyir. İrəvanın heç vaxt qəbul edilməyəcək tələbləri də son nəticədə diplomatiyanın dalana dirənməsinə gətirib çıxarıb. Üstəlik Sarkisyan və onun cinayətkar komandası heç bir təzyiqlə qarşılaşmır. İndi İrəvan üçün əsas məsələ Bakı ilə mümkün qədər gec üz-üzə gəlməkdir.

Bir sözlə Ermənistandakı mövcud hakimiyyət həmsədrlərin gözü qarşısında beynalxalq hüququ tapdalamaqla məşğuldur. O ki, qaldı Hoqlandın cəhbədəki narahatlığına burada da Minsk Qrupunun obyektiv yanaşması görünmür. İrəvan durmadan günahsız vətəndaşlarımızı qətlə yetirir, yaşayış məntəqələrini hədəf alır ancaq Bakının cavab zərbəsindən sonra atəşkəsə əməl ediməsi yada düşür. Qısası “iki başlı” bəyanatlar vermək elə erməni yanaşmasıdır. Necə ki,

İrəvan siyasi avantüristika ilə məşqul olmaqla vaxt udmağa çalışır həmsədrlər də məntiqə sığmayan açıqlamaları ilə erməni dəyirmanına su tökür.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə