Belarus səfiri: “Gəncə Avtomobil Zavodu gələcəyə hesablanmış çox ciddi layihələr üzərində işləyir”

"Gəncə Avtomobil Zavodu belaruslu həmkarları ilə artıq 4 ildir ciddi işlər görür. İldən-ilə bu əməkdaşlıq genişlənir". Bu barədə SİA-nın bölgə müxbirinə Gəncədə səfərdə olan Belarusun ölkəmizdəki səfiri Nikolay Pastkeviç bildirib.

Səfirin sözlərinə görə, qurulan əməkdaşlığın uğurlu nəticələrini artıq görmək mümkündür. "Gəncə Avtomobil Zavodunda traktorların yığımı bir normaya çevrilib. Bundan əlavə burada avtomobillər, müxtəlif modifikasiyalı kranlar və digər texnikalar yığılır. Zavod gələcəyə hesablanmış çox ciddi layihələr üzərində işləyir. Bütün bunlar onu göstərir ki, müəssisənin rəhbərliyi, mühəndislər, sıravi işçilər öz vəzifələrinin öhdəsindən uğurla gəlir. Gələcəkdə əməkdaşlıq daha da genişləndiriləcək", N.Patskeviç bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...