"Azərmarka" İçərişəhərə həsr olunan kitab buraxıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti Azərbaycan paytaxtının ən diqqətəlayiq yerlərindən biri olan və Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu İçərişəhərə həsr olunan kitab buraxıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan və İngilis dillərində İçəri Şəhərin təsviri, eləcə də onun tarixi, buradakı tanınmış tikililər və abidələr haqqında bəhs edən kitab nəfis dizayna malikdir və suvenir nəşr kimi ərsəyə gətirilib.

Kitabda həmçinin İçərişəhər haqqında Azərmarka tərəfindən bir qədər bundan əvvəl dövriyyəyə buraxılan 12 marka və poçt bloku öz əksini tapıb. Burada hər bir markanın təsviri haqqında geniş izah da verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...