“Gəncə günləri”nə yekun vurulub- FOTOSLAYD

“Gəncə günləri”nə yekun vurulub- FOTOSLAYD

Gəncənin 2504 illiyinə həsr edilən bayram tədbirləri bu gün başa çatıb. Sonuncu gün el şənliklərinə şəhərin qala qapılarından başlanıb. Bayram şənliklərinin son günündə, bağlanış mərasiminə Gürcüstan, Belarus, Çin və digər ölkələrin səfirləri, millət vəkilləri, paytaxtdan dəvət olunan elm xadimləri qatılıblar.

 

SİA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə Darvazaları önündə təşkil olunan tədbirdə teatr aktyorlarının iştirakı ilə bədii kompozisiya nümayiş olnub. Kompozisiyada Gəncə Dövlət Dram Teatrının aktyorları Gəncənin tarixi şəxsiyyətləri Nizami Gəncəvi, Cavad Xan, Məhsəti Gəncəvi və digər görkəmli insanlarının obrazlarını canlandırıblar. Toplardan yayılım atəşləri açılıb. Tamaşaçılar silahlı qüvvələrimizin hərbiçilərinin nümunəvi keçidini izləyiblər. Ardından şənliklər şəhərin mərkəzi meydanında davam edib. İnsanlar üçün bayram süfrələri açılıb.

 

Şənliklərə Azərbaycan Hərbi Hava Qüvvələrinin paraşüt-desant xidmətinin əsgərləri də dəstək verib.

 

Daha sonra Musiqili Komediya Teatrının kolektivinin ifasında "Arşın mal alan" operettasından parçalar nümayiş olunub. Həmçinin tamaşaçılar Türkiyənin "Mehtər", Dağıstanın "Ləzginka" musiqi qruplarının və Belarusdan olan incəsənət ustalarının çıxışlarını izləyiblər. Bundan əlavə Lənkərandan təşrif buyuran dünya şöhrətli "Halay" eləcə də, yerli folklor ansambılları bayrama xüsusi gözəllik qatıb.

 

Bayram tədbirlərinə axşam saatlarında düzənlənən konsert proqramı ilə yekun vurulub. Beləliklə, Gəncə növbəti ad gününü əsl el bayramı kimi təntənə ilə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə