Gənclər Təşkilatları Milli Şurası Məclisinin növbəti iclası keçirilib

Gənclər Təşkilatları Milli Şurası Məclisinin növbəti iclası keçirilib
Bu gün Gənclər və İdman Nazirliyinin akt zalında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Məclisinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə quruma üzv olan Uşaq və Gənclər Təşkilatlarının rəhbərləri, Gənclər Təşkilatları Milli Şurasının idarə heyəti və katibliyi iştirak edib. İclasda 2010-cu il noyabr ayının 7-də keçiriləcək Parlament seçkilərində gənclərin iştirakı haqqında müzakirələr, Milli Şuranın qarşıda icrasının nəzərdə tutduğu yeni layihələr nəzərdən keçirilib. Həmçinin təşkilatın son üç ay ərzində gördüyü işlərin hesabatının dinlənilib. Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 11 gənclər təşkilatı tərəfindən 1995-ci ildə təsis edilib, 31 yanvar 1996-cı ildə isə dövlət qeydiyyatına alınıb. Hazırda öz ətrafında 70 uşaq və gənclər təşkilatlarını birləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə