Sabir Rüstəmxanlı: “Namizədlərin sayının çox olması Azərbaycanın kifayət qədər zəngin kadr potensialına malik bir ölkə olduğunu göstərir” - AÇIQLAMA

Sabir Rüstəmxanlı: “Namizədlərin sayının çox olması Azərbaycanın kifayət qədər zəngin kadr potensialına malik bir ölkə olduğunu göstərir” - AÇIQLAMA

"Demokratiya" seçki bloku Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib və 120-ə yaxın namizədi qeydə alınıb". Bu barədə SİA-ya vahid seçki blokunda təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açıqlamasında deyib. Onun sözlərinə görə, builki parlament seçkilərində təmsil olunacaq namizədlərin sənədləri hazırdır və onlar dairələrə göndərilib. Dairələrdə qeydiyyatdan keçən namizədlərin hazırda imza toplamaqla məşğul olduqlarını deyən S.Rüstəmxanlı onların müəyyən hissəsisinin imzalarının hazır olduğunu da dilə gətirib.


"Hazırda blokun seçki platformasının və lazımı təqdimat materiallarının hazırlanması ilə ciddi məşğul oluruq. Bu işlərin hamısı ilə bizim blokun yaratdığı seçki komissiyası məşğul olur. Bir sözlə blokun seçkiyə hazırlıq işləri davam edir. Biz müxalifət düşərgəsindən olan digər bloklarla da münasibətlərimizin qurulmasına çalışırıq. Mümkün qədər bir-birimizə mane olmamağa çalışmalı, blokların təqdim etdiyi namizədlərin içərisində ən layiqlilərinə, xalq, millət tərəfindən dəstəklənən, həm də Milli Məclisin üzvü olmağa layiq olan insanlara dəstək olub, onların seçilməsinə yardım etməliyik. Bütün seçkilərdə olduğu kimi partiyalar və bloklar üçün çətin bir dövr başlayır. İnşallah bu dövrü uğurla başa vurmağa çalışacağıq",- deyə partiya sədri vurğulayıb


"Yeni Azərbaycan Partiyasının parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısından sonra blokun irəli sürdüyü iddialarda dəyişlik oldumu" sulaına cavab verən S.Rüstəmxanlı ciddi bir dəyişiklik olmadığını dilə gətirib: "Ümumiyyətlə dəyişiklik həmişə olur. Bilirsiniz ki, iş prosesində müəyyən çətinliklər, həm partiyanın marağı, həm də namizədlərin özlərinin müəyyən şərtləri meydana çıxır o zaman şübhəsiz ki, dəyişiklik olur. Hazırda ciddi, prinsipal bir dəyişiklik yoxdur. Yeni Azərbaycan Partiyası həm əvvəlki üzvlərinin bir qisimini saxlayıb, həm də bir xeyli gəncləri cəlb edib. Bu partiyayanın daxili işidir. Bizim müdaxilə etməyimiz, qiymət verməyimiz məqbul deyil. Bu bir mübarizədir".


Açıqlaması zamanı bu ilki parlament seçkilərində bütün partiyalar tərəfindən təmsil olunacaq namzədlərin şansı məsələsinə toxunan partiya sədri bütün namizədləri layiqli hesab edib. Onun sözlərinə görə, namizədlərin sayının çox olması Azərbaycanın kifayət qədər zəngin kadr potensialına malik bir ölkə olduğunu göstərir.

Milli Məclisdə təmsil olunmağa layiq olan kifayət qədər namizədlərin olduğunu dilə gətirən S.Rüstəmxanlı təqdim olunan bütün namizədlərin Milli Məclisdə təmsil oluna bilməyəcəyinə təəssüf etdiyini vurğulayıb.Onun fikrincə, ildən-ilə gənc namizədlərin sayının çoxalması sevindirici haldır.


Builki parlament seçkilərinin fəqli cəhətlərinə toxunan partiya sədri budəfəki seçkilərdə müxalifətin daha geniş tərkiblə təmsil olunacağını vurğulayıb. Onun sözlərinə görə builki seçkiklərin daha sakit şəritdə keçməsi də onu digərlərindən fərqləndirir: "Majoritar seçki sistemi elə bir sistemdir ki, hər kəs öz seçki dairəsində öz işi məşğul olur. Bu sistem seçkidə sakitliyə şərait yaradır. Bundan əlavə partiyaların öz daxilində bir sabitləşmə var. Yəni hər hansı bir yerə namizəd təqdim edildikdə partiyanın qərarına digərləri etiraz etmir. Bu bütün partiyalara aiddir. Amma hələ ki, seçki təbliğatı başlamadığından onun nə dərəcədə sakit keçəcəyini dəqiq demək olmur. Bunu təbliğat başlayandan sonra görəcəyik. Təbii ki, az da olsa etiraz edənlər, narazı qalanlar olacaq. Amma bu cidd bir narahatçılıq yaratmır".


Qeyd edək ki, "Demokratiya" seçki blokunda Demokratik İslahatlar Partiyası da təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə