“Yerusəlim Post”: "Netanyahu kürd dövləti ideyasını dəstəkləyib"

“Yerusəlim Post”: "Netanyahu kürd dövləti ideyasını dəstəkləyib"

İsrailin Baş naziri Benyamin Netanyahu Kürd Muxtariyyətinin referendum qərarını dəstəkləyib. Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. İsrail liderinin 33 nəfərlik Respublika Konqresinin toplantısında məsələ ilə bağlı çıxış etdiyi bildirilib. Netanyahunun müstəqil kürd dövləti ideyasına müsbət yanaşdığı deyilib.

Qeyd edək ki, 25 sentyabrda Kürdüstanın müstəqillik referendumu baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə