AGAT “Liderlik və gender bərabərliyi” adlı beynəlxalq seminar həyata keçirir
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 15-25 sentyabr 2010-cu ildə Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı çərçivəsində Fransanın qabaqcıl QHT-lərindən biri sayılan AMSED təşkilatı ilə birgə əməkdaşlığı sayəsində Şəki şəhərində "Liderlik və gender bərabərliyi" adlı beynəlxalq seminar həyata keçirir.
SİA-nın məlumatına görə, tədbirdə Avropadan Fransa, Yunanıstan, Belçika, İspaniya, Bolqarıstan, İtaliya, Türkiyə və Aralıq dənizi ölkələrindən Əlcəzair, Fələstin, Mərakeş, eyni zamanda Rusiya və Moldovadan olan gənc fəallar iştirak edir.
Qeyd olunan ölkələrdən ümumilikdə 45 iştirakçı olmaqla Şəki şəhərinin "Karvansaray" otelində 10 günlük təlim keçirilir.
Qeyd edək ki, AGAT sədri Gülsel Səfərova tədbirdə 6 beynəlxalq təlimçilərdən biridir. Tədbir ərzində Azərbaycanda gender məsələləri ilə bağlı nailiyyətlər, ölkəmizin tarixi, mədəniyyəti və reallıqları barədə ətraflı məlumat verilib.
Tədbirin 2-ci və 3-cü gunündə hər bir dövlət öz tarixi və mədəniyyəti ilə bağlı təqdimat keçirib. Daha sonra iştirakçılar Şəki Şəhəri Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov ilə görüş keçirib.
Qeyd edək ki, 12 ölkədən gələn 15-dən artıq QHT-lərlə Şəki şəhərində fəaliyyət göstərən "Uluçay" və "Region Qadınlarının Təşəbbüsü" Təşkilatları ilə qadınlar və liderlik mövzusuda fikir mübadiləsi aparıblar. Eyni zamanda xarici iştirakçilar Kiş kəndini və Xan Sarayını ziyarət etmiş, onlara Azərbaycanın reallıqları barədə məlumat verilib.
Tədbirin son günlərində içtirakçılar arasında yeni layihələrin işlənmısi ilə bağlı işə başlanılıb. Belə ki, AGAT tərəfindən növbəti ildə İtalyan təşkilatı ilə əməkdaşlıq nəzərdə tutulmuş və yeni layihə təklifi hazırlanıb.
Beynəlxalq təlim 24 sentyabrda başa çatacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB