Zaporojye şəhərinin meri Ukraynanın Azərbaycandakı yeni səfiri ola bilər

Zaporojye şəhərinin meri Ukraynanın Azərbaycandakı yeni səfiri ola bilər

Ukraynanın Azərbaycandakı yeni səfiri Yevgeni Kartaşov ola bilər. SİA-nın verdiyi xəbərə görə, Zaporojye şəhərinin meri Y.Kartaşov sentyabrın 22-də rayon və şəhər rəhbərlərinin müşavirəsində vəzifəsindən istefa verdiyini açıqlayıb. O, istefasını başqa işə keçməsi ilə əlaqələndirib. Y.Kartaşovun Azərbaycan və ya Litvaya səfir təyin olunacağı gözlənilir.

 

Qeyd edək ki, Y.Kartaşovun fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə