Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvana səfər edəcək
Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karolin Braun bu gün Naxçıvan Muxtar Respublikasına səfər edəcək. Səfirlikdən SİA-ya verilən məlumata görə, səfər zamanı xanım Braun Britaniya hökumətinin maliyyələşdirdiyi və "British Council"un Naxçıvan Dövlət Universiteti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Universitetin rektoru İsa Həbibbəyli ilə görüşəcək.
Səfir həmçinin siyasi partiya və yerli QHT nümayəndələri ilə görüşləri, ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə icra hakimiyyəti orqanlarının başçıları və dairə seçki komissiyalarının sədrləri üçün keçirilən informasiya sessiyada iştirakı nəzərdə tutulub. Səfər iki gün çəkəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB