Vaşinqtonda Azərbaycanın enerji təchizatçısı kimi regiondakı rolu müzakirə olunacaq
Bu gün Vaşinqtonda enerji sammiti öz işinə başlayacaq. SİA-nın verdiyi xəbərə görə, sammitdə, əsasən neft, qaz, nüvə enerji zavodları və alternativ enerji resursları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Müzakirə olunacaq məsələlər sırasında Azərbaycanın enerji təchizatçısı kimi regiondakı mühüm rolu, Meksika körfəzində baş vermiş neft qəzası, enerji sahəsinin ekoloji problemlərdə yer alıb.
Bundan əlavə, enerji siyasəti, enerji mənbələri və texnologiyaların bölüşdürülməsi məsələlərinin də müzakirə olunacağı tədbirdə dünyanın enerji ehtiyacını yaxın gələcəkdə daha səmərəli ödəmək üçün ənənəvi və alternativ yanacaqlardan yararlanmağın yolları da araşdırılacaq.
Sammitdə enerji sektorunun yüksək səviyyəli nümayəndələri, ABŞ Prezidenti Administrasiyasının rəsmiləri və diplomatlar iştirak edəcəklər. Tədbirə keçmiş sovet respublikalarından yalnız Azərbaycan və Ukraynadan olan nümayəndələr dəvət olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB