Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans təxirə salındı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 50 illik yubileyinə həsr olunmuş bu ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans 2012-ci ilin sentyabrına kimi təxirə salınıb. Bu barədə SİA-ya AMEA-nın mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilib ki, yubiley tədbirinin təxirə salınması rəsədxana ərazisində aparılan rekonstruksiya işləri ilə əlaqədardır. AMEA rəhbərliyinin qərarı ilə təxirə salınan konfrans öz statusunu saxlamaqla bərabər, həm də rəsədxananın rekonstruksiyasına həsr olunacaq.
Rəsədxana ərazisində aparılan yenidənqurma işləri nəticəsində ərazi iki dəfə artırılaraq təxminən 50 ha çatdırılıb. Əraziyə qaz xətti çəkilib, qazanxana işə salınıb. Buraya çəkilən yolun təmiri başa çatdırılıb, su xətti yenilənib. Rəsədxananın laboratoriya korpusu tam təmir olunub. Qonaqların rəsədxanada qalmaları və turizm məqsədilə yaxınlıqda tikilən on kotec və ərazidəki iki beşmərtəbəli binanın tikintisi başa çatdırılmaq üzrədir. ŞAR-ın Şamaxıda işləyən əməkdaşlarının hər birinin mənzillə təmin olunması da nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB