Deputatımız “Belarusda ölüm hökmünün ləğv edilməsi yolları”mövzusunda dəyirmi masada iştirak edəcək

Deputatımız “Belarusda ölüm hökmünün ləğv edilməsi yolları”mövzusunda dəyirmi masada iştirak edəcək
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov "Belarusda ölüm hökmünün ləğv edilməsi yolları" mövzusunda dəyirmi masada iştirak etmək üçün bu gün Minskə yola düşəcək. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xbərə görə, Avropa Şurasının təşkilatçılığı ilə keçiriləcək bu tədbirdə qurumun insan hüquqları sahəsində rəhbər şəxsləri, mütəxəssisləri ilə yanaşı, Belarus Parlamentinin, Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin, dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri də iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə