Avqustun 4-də “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlüklərinin yarışlarına start veriləcək. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iki yarış günü ərzində snayperlər müxtəlif məsafələrdə hava hədəflərininin məhv edilməsi və digər bir sıra xüsusi tapşırıqları yerinə yetirəcəklər. 17 ölkənin komandasının iştirak etdiyi yarışlar avqustun 9-da sona çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB