Mübariz Əhmədoğlu: “Ermənistanda müəyyən qruplar NATO qrantlarından pul qazanırlar” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Ermənistanda müəyyən qruplar NATO qrantlarından pul qazanırlar” AÇIQLAMA

“Ermənistan NATO-nun Rumıniyada keçirilən hərbi təlimlərində iştirak etdi. Hal-hazırda Gürcüstan ərazisində keçirilən NATO-nun hərbi təlimlərində iştirak edir. Digər belə təlimdə də iştirakına razılığını verib və hazırlaşır”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın NATO ilə əlaqələrinin interaqtiv mahiyyətli olmasını NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə köməkçisi C.Appaturayın Ermənistana son səfəri bir daha göstərdi: “RF-NATO münasibətləri Ermənistan rəhbərliyinə bəllidir. NATO-nun Qarabağ məsələsində Ermənistana dəstək verməməsi də aydındır. Türkiyə NATO-nun üzvüdür. Bu parametrlər çərçivəsində Ermənistan NATO-ya can atırsa, deməli bunun mahiyyəti antirusiyaçılıqdır. Ermənistanda müəyyən qruplar NATO qrantlarından pul qazanırlar. Amma əgər pul prizmasından məsələyə yanaşsaq Aİ Ermənistana daha çox pul təklif edə bilər. NATO-dan fərqli olaraq Aİ sərt antirusiyaçılıq nümayiş etdirə bilmir. NATO Rusiyaya qarşı mövqeyini sərtləşdirdikcə, Rusiya ətrafında hərbi qüvvələr topladıqca, Ermənistanın NATO-ya doğru meyli daha da güclənir. NATO-ya doğru belə siyasətin müəllifi prezident S.Sarkisyandır. S.Sarkisyan təlimat verəcəyi təqdirdə rəsmi təbliğat maşını NATO-nun əleyhinə danışacaqdır. NATO-nun əleyhinə danışılmırsa deməli, prezident S.Sərkisyan belə istəyir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə