Saakaşvili ağır durumda: Bütün pasportları ləğv edildi

Saakaşvili ağır durumda: Bütün pasportları ləğv edildi

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru olmuş Mixail Saakaşvilinin bütün pasportları Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən ləğv edilib.

Axar.az xəbər verir ki, rəsmi Kiyev ABŞ-ın aidiyyatı orqanları ilə əlaqə yaradaraq bu ölkədə olan Saakaşvilinin bütün pasportlarının ləğv edildiyini açıqlayıb. Belə ki, sabiq prezidentin Ukraynaya daxil olması ilə yanaşı, ABŞ-dan 3-cü ölkəyə keçməsi də qadağan edilib.

Qeyd edək ki, Saakaşvili iyulun 28-də Ukrayna lideri Pyotr Poroşenkonun fərmanı ilə vətəndaşlıqdan çıxarılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə