Rusiyalı baş redaktor: “Rusiya Dağlıq Qarabağ konfliktini həll etmək üçün əlinə düşən imkanı qaçırıb”
"Rusiya Dağlıq Qarabağ konfliktini həll etmək üçün əlinə düşən imkanı qaçırıb". SİA-nın "news.am"a istinadən verdiyi məlumata görə, bu sözləri "Exo Moskva" radiostansiyasının baş redaktoru Aleksey Venediktov söyləyib. O, həmçinin bildirib ki, Rusiya-Gürcüstan probleminin aradan qaldırılması da Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsinə kömək etməyəcək.
Azərbaycanlı ekspertlərin də fikirlərinə istinad edən baş redaktor düşünür ki, Rusiya və Ermənistan arasında bağlanan yeni hərbi protokol Azərbaycanın nəzərlərinin NATO-ya çevrilməsi ilə nəticələnə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB