Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi Senatın komitəsində təsdiq edilib
ABŞ Senatı ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, Birləşmiş Ştatlar dövlət katibinin Avropa və Avrasiya üzrə müavinin köməkçisi Metyu Brayzanın Azərbaycana səfir vəzifəsinə namizədliyini təsdiqləyib. SİA-nın "Amerikanın səsi" radiostansiyasının saytına istinadən verdiyi xəbərə görə, səsvermədən öncə Kaliforniya senatoru Barbara Bokser xüsusi bəyanatla çıxış edib. Həmin bəyanatda xanım Bokser Metyu Brayzanın Azərbaycan və Türkiyəyə yaxınlığından narahatlığını ifadə edərək onun səfirliyə düzgün namizəd olmadığını vurğulayıb.
Daha sonra oxşar bəyanatla çıxış edən Nyu Cersi senatoru Robert Menendez Metyu Brayzanın namizədliyinin əleyhinə səs verəcəyini elan edib.
Senatorlar Barbara Bokser və Bob Menendez səfirin əleyhinə səs versə də, xarici əlaqələr komitəsinin sədri Con Kerri Metyu Brayzanı dəstəkləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB