Azərbaycan Prezidenti bir sıra sahələrdə çalışan işçilərin əmək haqlarının artırılması barədə sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra sahələrdə çalışan işçilərin əmək haqlarının artırılması barədə sərəncam imzalayıb. SİA-ya verilən məlumata görə, bura kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələri aiddir. Adıçəkilən sahələrdə çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə verilən qərarda deyilir: "Dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın və Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB