“Azərbaycanın görkəmli geofizik-alimi Rasim Hacıyev: Xatirələr”

“Azərbaycanın görkəmli geofizik-alimi Rasim Hacıyev: Xatirələr”

"Azərbaycanın görkəmli geofizik-alimi Rasim Hacıyev: Xatirələr" adlı kitab işıq üzü görüb. AMEA Geologiya İnstitutunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, AMEA Geologiya İnstitutu tərəfindən nəşr etdirilmiş kitabın redaktoru akademik Akif Əlizadə, tərtibçisi AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirovdur.

Kitabda geofizik-alimin qohum, dost və həmkarlarının Azərbaycanda geofizika elminin inkişafı tarixinə adı yazılmış Rasim Mammədiyə oğlu Hacıyev haqqında xatirələri yer alıb.

Kitab Geologiya İnstitutunun "Nafta-Press" nəşriyyatında nəşr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə