DADP sədri: “Müxalifətin bloklaşma siyasəti sadəcə olaraq görüntüdür və uzunömürlü deyil” - MÜNASİBƏT
"Müxalifətin bloklaşma siyasəti hesab edirəm ki, öz effektini verməyəcək". Bunu SİA-ya açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə bildirib. O, hesab edir ki, Azərbaycan reallığında müxalifət yüksək səviyyədə öz sözünü xalqın içərisində deməlidir ki, bitərəflər də onun tərəfinə keçsın. Partiya sədri bildirib ki, bu proses getmir və bloklaşmanın özü sadəcə olaraq görüntü üçündür və uzunömürlü deyil: "Blokun sosial bazası olmalıdır. Deyək ki, üç partiya yığılıb bir blok yaradıb. Siz məni inandıra bilməzsiniz ki, bunların hansısa lideri bir rayonda namizədliyini irəli sürəcəksə, onun min nəfər sosial bazası olacaq. Yoxdur belə bir şey. Özləri də etiraf edirlər. Bu necə deputat olacaq, mən başa düşə bilmirəm? Onda gərək biz onların deputat olması üçün həmişə güzəştə getməliyik. Bu da saxtakarlıq deməkdir. Əgər söhbət demokratik cəmiyyətdən gedirsə, müxalifət səs ala biməz".
Yeni Azərbaycan Partiyasının namizədlər siyahısının açıqlanmasından sonra partiyanın iddialarında dəyişiklik edilib-edilməyəcəyinə gəlincə, DADP sədri bildirib ki, YAP-ın namizədləri irəli sürülən dairələrdə güclü şəxs olacaqsa rəhbərlik etdiyi partiya həmin dairələrdən namizədini geri çəkəcək. YAP-ın namizəd siyahısı ilə müqayisədə müxalifət partiyalarının namizədlər siyahısında qadınların sayının az olmasına münasibət bildirən M.Əlizadə hesab edir ki, yüksək intellektual sahibi olan kadrlar YAP-da daha çoxdur. O, qeyd edib ki, digər partiyalarda bu qıtlıq aydın şəkildə özünü biruzə verir: "Biz bunu etiraf etməliyik ki, ali məktəblərdə, təhsil ocaqlarında və müvafiq strukturlarda yüksək səviyyədə olan qadınlar Yeni Azərbaycan Partiyasıını üzvləridir. Bununla müqayisədə müxalifət partiyalarında qıtlıq mövcuddur. Baxmayaraq ki, bu gün bizim partiyanın 42 faizini qadınlar təşkil edir, namizədlərin irəli sürülməsində biz müəyyən problemlərlə üzləşdik. Bələdiyyə seçkilərində isə biz digər partiyalara nisbətən qadınlara daha çox yer vermişdik və parlament seçkilərində çalışmışık ki, qadınlara üstünlük verək. Bu təbliğat naminə olmamalıdır. Burada həmin qadınların bilik və intellektual səviyyələri nəzərə alınmalıdır".
Keçən seçkilərdən fərqli olaraq bu seçkilərdə heç bir partiyanın seçkiləri boykot etməməsinin də müsbət hal olduğunu deyən M.Əlizadə qeyd edib ki, bu dövlət başçısının apardığı siyasətlə bağlıdır: "Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün şərait yaradılıb. Partiyalar da bunu birmənalı şəkildə başa düşür ki, cənab prezidentin istəyi azad, demokratik vətəndaş cəmiyyəti qurmaqdır və bu meydanı hər kəsə veribdir. Paytaxtda və regionlarda inkişaf göz qabağındadır. Bunu müxalifət də görür, etiraf edə bilməsə də. Boykot məsələsini gündəmə gətirənlər tamamilə öz nüfuzlarını itirə bilərlər".
DADP-ın seçki hazırlığından da danışan partiya rəhbəri söyləyib ki, namizədlərin irəli sürülməsi prosesi gedir: "Hal-hazırda partiyanın irəli sürdüyü namizədlərdən 48-i imza vərəqəsini alıb. Onlardan 42-i isə imza vərəqələrini doldurub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB