Millət vəkili: “Avropaya inteqrasiya xalqın uzun illər formalaşmış milli streotiplərini dağıtmağa başlayıb” - AÇIQLAMA
İnqilab o zaman baş verir ki, yuxarıdakılar əvvəlki qaydada idarə edə bilmir, aşağıdakılar isə əvvəlki kimi yaşamaq istəmirlər. Bunu SİA-ya açıqlamasında son zamanlar ailədaxili cinayət hallarının artması məsələsinə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib. O bildirib ki, ölkədə sosializm sistemindən bazar iqtisadiyyatına, demokratik bir quruluşa keçilib. Onun sözlərinə görə, bundan sonra qapılar açılıb və biz Avropaya çox surətlə inteqrasiya edirik. Bunun müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərinin də olduğunu deyən M.Quliyev vurğulayıb ki, bu inteqrasiya xalqın uzun illər formalaşmış milli streotipləri dağıtmağa başlayıb.
"Düzdür, ola bilər ki, insanlar uzun müddət eyni ənənə ilə yaşayar, sonradan isə bunu dəyişərlər. Amma kütləvi surətdə Qərb mədəniyyəti, həyat tərzi təbliğ olunursa, Azərbaycanın bütün rayonlarında, kəndlərində ümumi davranış, mədəniyyət və ənənə səviyyəsi bunu qəbul etməyə imkan vermirsə, belə konfliktlər yaranır. Biz Qərb mədəniyyyətini birdən axın şəklində gətirdik. Bir var bulaq gəlir bundan bütün insanlar istifadə edir. Bir də var ki, sel gəlir, amma bu sel gələndə ziyandır. Ümumilikdə baxdıqda isə hər iki sudur. Biri insanlarda xoş təəssürat yaradır, digəri isə ziyan verir. Biz Avropaya inteqrasiyanı sel kimi qəbul etdik. Bu daha hazırda müəyyən xoşagəlməz hadisələrin baş verməsinə şərait və imkan yaradır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB