“Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının açılışında Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı çıxış edib
Rusiya Federasiyasının Alabino hərbi poliqonunda keçirilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının açılış mərasimində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu çıxış edib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 28 müsabiqə üzrə keçirilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında 28 ölkənin 3500-dən çox hərbi qulluqçusu iştirak edir. Yarışlar avqustun 12-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB