Məzahir Pənahovun sədrliyi ilə 2017-ci il iyulun 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Komissiyanın 21 iyul 2017-ci ildə keçirilmiş iclasının protokolu təsdiq olunub.
Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiyanın qərarı ilə 43 saylı Sumqayıt üçüncü və 105 saylı Tovuz seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB