Rövşən Rzayev: "Azərbaycan dövləti vətəndaşına qayğı ilə yanaşır" MÖVQE
"Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramlarının həyata keçirildiyini deyən deputat söyləyib ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemlər olsa da, ölkəmizdə
insanların sosial durumlarının yaxşılaşdırılması üçün böyük layihələr həyata keçirilir: "Bildiyiniz kimi ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib. Görülən işlərin nəticəsidir ki, son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb".
R.Rzayev hazırda Azərbaycan qeyri-neft sektorunun inkişafına önəm verildiyini də diqqətə çatdırıb: “Bir sözlə desək, ölkəmizdə bu sahədə mühüm işlər görülür, layihələr həyata keçirilir. Görülən işlərin nəticəsi olaraq deyə bilərəm ki, bizi gələcəkdə daha böyük uğurlar gözləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB