Tbilisidə azərbaycanlı və erməni qadınlar Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Tbilisidə azərbaycanlı və erməni qadınlar Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Bu gün Tbilisidə azərbaycanlı və erməni qadınlar Beynəlxalq sülh günü münasibətilə birgə mətbuat konfransı keçirəcək. SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, tədbir BMT-nin qadınlar fondunun təşkilatçılığı ilə keçiriləcək. Gürcüstanda "Betsi" otelində keçirilən mətbuat konfransında azərbaycanlı və erməni qadınlar arasında qeyri-rəsmi diplomatiyadan istifadə olunmaqla keçirilmiş 2-ci sülh görüşünün yekunlarından danışılacaq.

 

Xatırladaq ki, ilk belə görüş mayın 4-5-də Brüsseldə keçirilmişdi. Görüşdə azərbaycanlı və erməni xanımların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindəki rolu, Azərbaycan və Ermənistanda BMT-nin "Qadınlar, sülh və təhlükəsizlik" haqqında qətnaməsinin həyata keçirilməsi perspektivləri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə