AMEA prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş konfransının 54-cü sessiyasının işində iştirak edəcək

Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov Azərbaycanın nümayəndə heyəti ilə birlikdə Vyanaya (Avstriya) yola düşüb. Bu barədə SİA-ya AMEA-nın mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilib ki, M.Kərimov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş konfransının 54-cü sessiyasının işində iştirak edəcək.

Bundan əlavə, sentyabrın 22-də AMEA Rəyasət Heyətində tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, AMEA-nın həqiqi üzvü Bəkir Nəbiyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş mərasim keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...