Azərbaycan dövlət başçısı İlham Əliyev ABŞ prezidenti Barak Obama ilə görüşəcək

Bu həftənin sonu Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək ABŞ prezidenti Barak Obama Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşəcək. SİA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisinin müavini Ben Rods məlumat verib. Onun sözlərinə görə, cümə günü Barak Obama Birləşmiş Ştatların bir sıra məsələlərdə, o cümlədən ABŞ-ın Əfqanıstandakı səylərində mühüm tərəfdaş olan Azərbaycanın prezidenti ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə