İsrailin quyruğu Suriyanın qapısı arasında qalıb

İsrailin quyruğu Suriyanın qapısı arasında qalıb

"İsrail Suriya ilə sülh danışıqlarının təxirə salınmadan başlanmasını istəyir". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İsrail prezidenti Şimon Peres BMT Baş Assambleyasının sessiyasındakı çıxışında verib. Şimon Peres bildirib ki, İsrail qonşuları ilə, eləcə də bütün Yaxın Şərqdə sülhə can atır. O, qeyd edib ki, hazırda İsrail fələstinlilərlə danışıqlar aparır: "Bu məsələdə uğura nikbin yanaşır. Müharibəyə baxmayaraq, biz Misir və İordaniya ilə sülh bağlamışıq. Biz hazırda fələstinlilərlə ona görə danışıqlar aparırıq ki, yəhudi İsrailini və ərəb Fələstinini yaradaq. İnanıram ki, buna nail olacağıq".

 

"Mən inanıram ki, Yaxın Şərqdə hər bir şəxsə, hər bir millətə, hər bir dinə yer var" deyən Şimon Peresin sözlərinə görə, İsrail mövcudluğunu davam etdirəcək və öz qonşuları ilə sülhə ümid edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə