Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi bu gün müzakirə olunacaq

Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi bu gün müzakirə olunacaq

Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi bu gün müzakirə olunacaq. SİA-nın xəbərinə görə, bu barədə məlumat ABŞ Senatının Xarici əlaqələr Komitəsinin saytında yerləşdirilib. Metyu Brayzanın namizədliyini ABŞ prezidenti Barak Obama irəli sürüb. İlk dinləmələrdən sonra Senatın Xarici əlaqələr Komitəsi onun namizədliyinə baxılmasını sentyabradək təxirə salmışdı.

 

Müzakirələr ərəfəsində Azərbaycan və Türk diasporunun nümayəndələri ABŞ senatorlarına çox saylı məktublar göndərərək Brayzanın namizədliyini dəstəkləməyi xahiş ediblər. Azərbaycanlılar Metyu Brayzanın namizədliyi məsələsinin yubadılmasından narahatlıqlarını bildiriblər.

 

Qeyd edək ki, 2009-cu ilin iyulunda keçmiş səfir Enn Dörsinin səlahiyyət müddəti başa çatdıqdan sonra ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi boşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə