Kolumbiya ordusunun Kolumbiya İnqilabçı Silahlı Birləşmələrinə (FARC) qarşı həftə sonunda təşkil etdiyi hərbi əməliyyatda öldürülən 22 döyüşçü arasında inqilabçıların önəmli liderlərindən də olduğu bildirilib.
SİA-nın məlumatına görə, polis rəisi general Oskar Naranjo jurnalistlərə verdiyi açıqlamada, ABŞ-ın, başına 2,5 milyon dollar mükafat qoyduğu FARC lideri Sixto Antonio Kabananın da əməliyyatda öldüyünü söyləyib.
ABŞ Daxili İşlər Nazirliyi Dominqo Biojo olaraq tanınan Kabananın FARC-ı maddi olaraq dəstəkləmək üçün kokain istehsalına və lazımi yerlərə çatdırılması içinə qatıldığını iddia edir.
Kolumbiya müdafiə naziri Rodriqo Rivera Putumayo bölgəsində dünən təşkil edilən əməliyyat da FARC-ın 22 üzvünün öldürüldüyünü açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB